Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.
ADNSU-dan Milli.Az-a verilən məlumata görə, ADNSU-da Strateji məsələlər üzrə prorektor vəzifəsi də yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub. Elm və Təhsil Nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib.
Vazeh Eldəniz oğlu Əskərov 15 oktyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-1999-cu illlərdə Azərbaycan Dillər Universitetində bakalavr, 2004-2007-ci illərdə Fransanın Marc Bloch Universitetində 2 magistr, 2007-2012 illərdə Strasburq Universitetində doktorluq təhsili alıb. 2012-ci ildə ona Strasburq Universitetinin doktoru elmi dərəcəsi verilib.