Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün təhsilimiz ciddi şəkildə savadsızlıq üzərinə qurulub Elm və Təhsil naziri bunu bilməlidir


Son günlərin ən çox müzakirə olunan mövzusu,  Elm və Təhsil nazirinin maraqlı çıxışları. Bəli, nazirin fikirləri ilə tam razıyam. Əgər savadlı cəmiyyət istəyiriksə bu zaman işi ən başından, təhsilverənlərdən başlamaq lazımdır. 

Bu gün təhsilimiz ciddi şəkildə savadsızlıq üzərində qurulub, böyük hissəsi əzbərçi struktur ilə öyrədilib, uzun illərdir pedaqoji fəaliyyətimdə ən çox bununla mübarizə aparmışam. Əzbər olmaz! Anlamaq çox vacibdir! Bunun müqabilində məktəbdə müəllimlər isə mexaniki əzbərə üstünlük verirlər. 

Nazirin bu fikirləri ilə razılaşmayan təbəqə, məncə nazirimiz bunu bildiyi halda cəsarətli fikirlər ortaya qoyur, elə oxuduğunu, eşitdiyini və gördüyünü anlamada çətinlik çəkənlərdir. 

Bəli, müəllim daim öz üzərində işləməlidir, daim inkişafda olmalıdır, amma eyni zamanda savadlı müəllimlər üçün daha çox şəraitlər yaranmalı, məktəblərdə, siniflərdə şagird sayı azalmalı və valideyn, müəllim və şagird münasibətləri tam səmimi olaraq tənzimlənməlidir. 

Ən əsası dərsliklərdəki ciddi problemlər aradan qalxacaq.  

Əminəm ki, nazirin dedikləri və təhsil işçilərinin atdıqları addımlar gələcəyimizin mənafeyi uğrunda olacaq.  

Bəli, bir ədəbiyyatçı kimi nazirimizlə tam razıyam, Azərbaycanda 25 yaşdan yuxarı nəsildə bədii kitab oxuma, milli-mənəvi dəyərlərə diqqət və qayğı göstəricilərinə nəzər salsaq bunun acı həqiqət olduğunu görərik. Hətta kitab oxuyanların da çoxunun yalnız türk dilində və ya detektiv oxuduqlarını, klassik Azərbaycan və dünya ədəbiyyatından tam şəkildə xəbərsiz olduğunu nəzərə alsaq bu reallığı qəbul edib ona qarşı ciddi şəkildə mübarizə aparmaq lazımdır. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də