Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Niyazi Bayramov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin yeni rəisi ilə görüşüb


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş İntiqam Hüseynovla görüşüb. 

Görüş zamanı Gəncə şəhərində gənclər və idman sahəsində həyata keçirilən tədbirlərdən söz açılıb, perspektivdə duran məsələlər müzakirə edilib. 

Niyazi Bayramov İntiqam Hüseynova öz tapşırıq və tövsiyələrini verib, ona işlərində uğurlar arzulayıb. 

Qeyd edək ki, Əməkdar məşqçi Hüseynov İntiqam Rəvan oğlu Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, bundan əvvəl Gəncə şəhər Olimpiya İdman Kompleksinin direktoru vəzifəsini icra edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də