Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.
İkinci oyun günündə 5 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Qazaxıstanda "Astana" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandası arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Gecənin son oyununda isə "Slovan" Slovakiyada Lüksemburqun "Svift Hesperange" klubunu qəbul edəcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
12 iyul
18:00. "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
20:00. HIK (Finlandiya) - "Larne" (Şimali İrlandiya)
21:00. "Haken" (İsveç) - TNS (Uels)
21:30. "Farul" (Rumıniya) - "Şerif" (Moldova)
22:30. "Slovan" (Slovakiya) - "Svift Hesperange" (Lüksemburq)
Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları 18-19 iyulda keçiriləcək.