Elşad Hacıyev çox önəmli və strateji bir qurumda təmsil olunsa da, qısa müddət ərzində fərqli iş üslubu ortaya qoydu. İşi informasiya ilə olan hər bir şəxs yəqin ki bunu təsdiqləyər: sosial şəbəkələrdə qurulan iş, mövzulara verilən operativ reaksiyalar yazdıqlarımın təsdiqidir.
Sitat: Digər tərəfdən mətbuat katibi ilə jurnalistlərin qarşılıqlı əlaqələri də qurum üçün önəmli nəticələr doğurur. Təəssüf ki, bəzən jurnalistikadan mətbuat katibliyinə yüksələn bəzi dostlar zamanla vəzifə bihuşluğuna tutulur, ayaqları yerə basmır və bir müddət sonra yenidən gəldikləri yerə qayıdıb yaddaşlardan silinirlər. Çoxlu belə nümunələr var. Elşad müəllim isə, örgəşdiyimiz bu anormal stereotiplərin üstündən xətt çəkə bildi. Bir sözlə, yaxşı mətbuat katibi olmaq üçün yaxşı jurnalist və yaxşı insan olmaq kifayətdir! Sitatın sonu.
Mən də öz növbəmdə onu yeni vəzifəsi münasibəti ilə təbrik edirəm. Əminəm ki, o bundan sonra da daha yaxşı fərqliliklər yarada biləcək!