Belarusda tanınmış rəssam və ifaçı, siyasi məhbus hesab edilən Ales Puşkin vəfat edib.
Bu barədə onun həyat yoldaşı feysbuk səhifəsində yazıb.
"Ales Puşkin bu gecə reanimasiyada qeyri-müəyyən şəraitdə ölüb", - deyə o qeyd edib.
2022-ci il martın sonunda Puşkin bir qrup şəxs tərəfindən nasizmi reabilitasiya etmək hərəkətlərində və dövlət rəmzlərini təhqir etməkdə təqsirli bilinərək, ciddi rejimli həbsxanada 5 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqın rəyinə görə, sənətçi “daimi əsaslarla qanunsuz hərəkətlərdə iştirak edib” və dövlət rəmzlərini təhqir edib.