Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq arasında Vilnüsdə keçirilən görüşdə NATO-nun genişlənməsinə dair razılıq əldə olunub.
Sənəd 6 bənddən ibarətdir.
Razılaşmaya əsasən, tərəflər təmasları həm NATO daxilində, həm də hər iki ölkə nazirlərinin iştirakı ilə davam etdirəcəklər.
Ankara, Stokholm və Brüssel razılaşıblar ki, terrorla mübarizə uzunmüddətli prosesdir və bu istiqamətdə işlər NATO-nun genişlənməsindən sonra da davam etməlidir.
İlk iclasda İsveç terrorla necə mübarizə aparacağına dair planı Türkiyəyə təqdim etməlidir.