
Belə ki, sürücü, 1986-cı il təvəllüdlü Abbasov Rəşad Sahib oğlu idarə etdiyi “Mersedes Benz 180” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan piyada 1947-ci il təvəllüdlü Məmmədov Ağahüseyn Əzizəli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. O, iyulun 11-i saat 03:10 dəqiqədə KTM-də vəfat edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.