Ötən gecə Salyan rayonunda dəm qazında zəhərlənmə hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, rayonun Kürqaraqaşlı kənd sakini 36 yaşlı Kərimova Kifayət Abdulla qızı, 14 yaşlı oğlu Rəsul və 12 yaşlı qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Zəhərlənmənin sobadan çıxan dəm qazından baş verdiyi deyilir.
Xəbəri paylaş