Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yay ayları olsa da hələ də KİRAYƏ PROBLEMİ VAR... - VİDEO





Yay ayları olsa da, Bakıda hələ də kirayə mənzil problemi var. Fəslin adətən bu aylarında tələbələr rayonlara üz tutduqlarından, həmçinin insanlar bağlara və digər bölgələrə getdiklərindən kirayə evləri çoxalırdı.

Bu il isə tam əksi baş verib. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olanlar bildirirlər ki, yay ayları olsa da, bazara kirayə evləri təklif edilmir.

Nərimanov rayonunda fəaliyyət göstərən reiltor Rüfət Məmmədov deyir ki, xüsusilə bu rayonda köhnə tikililərdə kirayə üçün nəzərdə tutulan ev yox səviyyəsindədir. Üstəlik Rusiya-Ukrayna müharibəsi ilə əlaqədər olaraq həmin ölkələrdən gələn həmvətənlərimizin sayının artması da bazara öz təsirini göstərib.

Əmlakçı Ülvü Əliyev isə deyir ki, nəinki nərimanov, digər mərkəzi hissələrdə də kirayə mənzil tapmaq müşkül məsələdir


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də