Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Həmin məntiqlə Məhəmməd adı da qadağan edilməlidir, çünki...” - Elşad Miridən ETİRAZ




Tanınmış ilahiyyatçı Elşad Miri "Məhəmməd" adı ilə bağlı qəbul edilən son qərara etiraz edib.

İlahiyyatçı Azərbaycanda Mamed və Məmməd adlarının qadağan edildiyini xatırladaraq bildirib ki, Məhəmməd adının əsli "Muhəmməd"dir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub. O qeyd edib ki, qərarla bağlı "ASAN Xidmət" mərkəzlərinə məlumat verilib:

"Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. "ASAN xidmət" mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də