Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsti günlərdə başağrısının səbəbləri açıqlandı - FOTO




Yay aylarında bəzi insanlar ilin digər vaxtlarına nisbətən daha tez-tez baş ağrıları keçirə bilərlər.

Rusiyalı nevroloq, epileptoloq və tibb elmləri doktoru Vasili Generalov bunun səbəbləri barədə danışıb.

Həkimin sözlərinə görə, istidə başağrısının bir mümkün səbəbi bədənin susuzlaşmasıdır.

"Susuzluq və bol tərləmə baş ağrılarına səbəb ola bilər. Qanın tərkibində də su olur və susuzluq baş verərsə, qırmızı qan hüceyrələri kapilyarlardan keçərkən bir-birinə yapışmağa başlayır, kapilyar səviyyədə oksigen mübadiləsi ləngiyir, toxumaların hipoksiyası baş verir. İsti havalarda, çoxlu su içmək lazımdır", - deyə Generalov izah edib.

Nevroloq vurğulayıb ki, bir çox insanlar meteohəssasdır və havanın temperaturunun dəyişməsi  onlara başağrısı verə bilər. Onun sözlərinə görə, belə hallarda ağrını yüngülləşdirmək üçün spazmı aradan qaldıracaq dərman istifadə etmək olar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də