
III ixtisas qrupu üzrə imtahanın nəticələri 2 həftə ərzində elan olunacaq.
Bu barədə Qaynarinfo-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.Qeyd edək ki, iyulun 8-də DİM tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.