Ötən gün səhər saat 09:00 radələrində əsgər yola salma mərasimində avtoxuliqanlıq hərəkətləri edərək, görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri DYP əməkdaşları tərəfindən saxlanılıblar. Hadisə Bakı-Astara şosesində baş verib.
1994-cü il təvəllüdlü Məhərrəmov Vüsal İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Eltun Firdovsi oğlu, 2000-ci il təvəllüdlü İdrisov Raqib Şadulla oğlu, 1996-cı il təvəllüdlü Qasımov Namiq Sərdar oğlu və 2000-ci il təvəllüdlü Zayidov İsaq Söhrab oğlu "VAZ 2107" markalı, 10-UP-384, 07-BJ-701 dövlət qeydiyyat nişanlı, "VAZ 2106 markalı" 07-BG-671, 66-BA-912 dövlət qeydiyyat nişanlı və "VAZ 21015" markalı, 07-BC-715 dövlət qeydiyyat nişanlı avtomobillərlə magistral yolda təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.