Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müharibənin tezliklə bitməsini arzulayırıq - Ərdoğan

Müharibənin tezliklə bitməsini arzulayırıq - Ərdoğan


Türkiyə Ukrayna xalqı ilə həmrəydir və müharibənin ən qısa zamanda bitməsini arzu edir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 Onun sözlərinə görə, son bir il ərzində “Taxıl sazişi” nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib. Ərdoğan sazişin uzadılmasına ümid etdiyini bildirib.

 Türkiyə lideri, həmçinin Ukraynanın NATO üzvlüyünə layiq olduğunu qeyd edib.

 

“Sülh axtarışına qayıtmaq bizim ən səmimi arzumuzdur. Biz Ukraynanın dirçəlişi üçün lazımi dəstəyi verəcəyik və danışıqlar əsasında müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik”, - Prezident vurğulayıb.

 

Ərdoğan onu da diqqətə çatdırıb ki, Türkiyə müharibənin beynəlxalq hüquq əsasında sona çatması üçün ən çox səy göstərən ölkədir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də