Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Tikinti şirkətləri pul qazanmaq üçün nə özlərini, nə bizi, nə dövləti çətin vəziyyətə salmamalıdır" - ÖZƏL


“Xüsusi izalyator olmadan binaların tikilməsi böyük problemlərə gətirib çıxara bilər. Biz Türkiyədə bu hadisələrin canlı şahidi olduq. Xüsusilə də Seysmoloji aktiv ərazilərdə bu məsələdə ciddi yanaşmalıyıq. Tikinti şirkətləri pul qazanmaq üçün nə özlərini, nə bizi, nə dövləti çətin vəziyyətə salmamalıdır. Biz həyəcan təbili çalmasaq, gələcəkdə dövlətimizi, özümüzü, vətəndaşlarımızı çətin, ağır vəziyyətə salmış olacayıq”- bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib.

QHT.az xəbər verir ki, o, həmçinin şəhərlərin baş planının təsdiqi olmadan torpaqların satılması məsələsinə də toxunub: “Başa düşülür ki, vətəndaşların torpağa ehtiyacı var. Ancaq bir faktı da qeyd edim ki, Gəncə şəhərində bu gün tunc dövrünü əhatə edən xüsusi arxoloji ərazilər var. Həmin ərazilərdə tikinti işləri həyata keçirilir. Bunu nə üçün edirlər başa düşmürəm”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də