Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əmisinin 90 min dollarını oğurlayıb özünə ev aldı



Yevlaxda əmisinə məxsus 90 min dolları oğurlayan və yerinə saxta pul qoyan 29 yaşlı Bəxtiyar Məmmədovun məhkəməsi keçirilib.

Varvara kəndində yaşadığı evin zirzəmisində gizlədilən pulları gizli talayan gənc Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Bəxtiyar Rusiyada biznes fəaliyyəti ilə məşğul olan əmisinin pullarının ata-anası tərəfindən evdə gizlədilməsini öyrənib. O, anasının tez-tez evin zirzəmisinə girib-çıxdığını görərək şübhələnib və orada axtarış aparıb. Bu zaman B.Məmmədov zirzəmidə iki ədəd dondurma qabının içərisində səliqəli şəkildə yığılmış dollarları görüb. O, 2022-ci ilin iyul-noyabr ayları ərzində hissə-hissə 90 min dollar (153 min manat) oğurlayaraq Mingəçevirə gedib və dollarları Azərbaycan manatına çevirərək öz kartına qoyub. Bu müddət ərzində Bəxtiyar oğurladıqları pulun 30 min dollarını qayınanasına verib və qohumlarının köməkliyi ilə ev alıb. Həmçinin Bəxtiyar oğurladıqları pulların yerinə üzərinə "keçərsizdir" yazılmış saxta pulları 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də