Bu gün ölkəmizin İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər davam etdirir.Buna baxmayaraq Gəncə şəhər icra hakimiyyəıtinin başçısı Niyazi Bayramov cənabları bu sahədə aparılan mübarizənin əksinə çıxır.
Belə ki, Gəncənin icra başçısı ona verilmiş olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qeyri-yaşayış obyektinin yəni “Premium Hotel”-tikintisinə icazə verməklə Heydər Əliyev prospektində yaşayan sakinlərin eləcə də nəqliyyat vasitələrinin fəaliyyətini iflic edib.
Bu haqda Dünyanınsəsi.Az saytına ərazidə yaşayan şəhər sakinləri tərəfindən videofakt göndərilib.
Məlumatlı mənbənin sözlərinə görə Gəncə şəh.,Heydər Əliyev prospektində ASAN Xidmətin yanında yerləşən “Premium Hotel”-mehmanxanası ərazidə tikinti normalırna riayət olunmayıb.Ərazidə Kəlbəcrli iş adamına məxsus olduğu iddia olunan tikintiyə nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nə də ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin icazəsi olub.Ancaq icra başçısı Niyazi Bayramovun bir quru sərəncamı ilə ərazidə bu “Premium Hotel”-inşa edilmişdir.Məhz buna görədə Heydər Əliyev prospektində yaşayan sakinlərin nəqliyyat vasitələri küçədə ki, bu yoldan istifadə üzünə həsrət qalıb.Hətta bildirilər ki, Kəlbəcərli iş adamı sözügedən “Premium Hotel”-in girişlərində “gestapo” postu qurub.Əraziyə hər iki tərəfdən giriş qadağandır.Şikayətçi vətəndaşlar giriş və çıxışın qadağan olunmasını soruşduqda “Gestapo” postunda duran şəxs bildirir ki, bu küçəni iş adamı yəni hotel sahibi alıbdır.Bu özbaşınalığa kimlərin “krışalıq” etməsi isə sual doğurmaya bilməz.
Redaksiya olarq inanırıq ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd etdiyimiz qeyri-yaşayış binasının tikintisində eləcə də səndləşdirilməsində yol verilmiş nöqsanları araşdırıb qanunamüvafiq formada tədbir görəcəkdir.
Yazıda adları yer alan şəxslərində mövqelərini dərc edə bilərik.
Sözügedən “gestapo” postunu təqdim edirik:
Dünyanınsəsi.Az