
İyulun 8 və 9-da ölkə ərazisində güclü isti hava şəraitinin olacağı ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında
İyulun 8-9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33°-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
İyulun 8-9-da havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35°-38° isti, bəzi yerlərdə 41°-dək, dağlıq rayonlarda isə 23-28°-dək isti olacağı gözlənilir.