
Bakıda külli miqdarda dələduzluq edən şəxsə qarşı cinayət işi başlanılıb.
Elman Ağasıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan olunub. İş üzrə 4 zərərçəkmiş var.
Məlumata görə, o, “8-ci kilometr” (Vasmoy) bazarında çalışan həmin 4 zərərçəkmiş satıcıdan 244 min manatlıq quru meyvələr alaraq satıb. Ancaq aldığı məhsulların pulunu qaytarmayıb.