Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mətbuat Şurasında jurnalist Zülfüqar Hüseynzadə ilə bağlı xatirə toplantısı keçirilib




Bu gün Azərbaycan Mətbuat Şurasında mərhum jurnalist, "Moderator.az" saytının baş redaktoru Zülfüqar Hüseynzadə ilə bağlı xatirə toplantısı keçirildi.

MŞ sədri Rəşad Məcid Z.Hüseynzadənin qurucusu və baş redaktoru olduğu "Moderator.az" saytının 10 illiyinin qeyd edildiyi zamanı xatırladı. O, ötən müddətdə saytın da Z.Hüseynzadə kimi Qarabağ niskilini daşıdığını, bunu yaradıcılıq müstəvisinə yüksək peşəkarlıqla gətirdiyini bildirdi. R.Məcid mərhum jurnalisti peşəsinə sadiq, sözün təəssübünü çəkən vətənpərvər həmkar olaraq dəyərləndirdi. Onun yoxluğunun hər kəs üçün böyük itki olduğunu vurğuladı.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli Z.Hüseynzadəni ölkəmizin hazırkı mənəvi-psixoloji mühitinə ən adekvat şəxslərdən bir kimi səciyyələndirdi. "Moderator.az" saytının hər zaman cəsarətli materiallara, cəmiyyət üçün düşündürücü sayılacaq mövzulara üstünlük verdiyini vurğulayan Q.Məhərrəmli bu dəst-xəttin Z.Hüseynzadənin təbiətindən, xarakterindən, yüksək mənəvi keyfiyyətlərindən irəli gəldiyini bildirdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də