
Azərbaycanda dərman vəsaitlərinin ölkəyə gətirilməsi, qeydiyyatı, satışı, respetlərin yazılışı ilə bağlı bir sıra yeniliklər edilir.
R.Mahmudov qanunun əhəmiyyəti, faydaları barəsində geniş izahat verib. O qeyd edib ki, qanuna dəyişikliklərin qəbulu Azərbaycana dərman idxalı və qeydiyyatının asanlaşdırılması üçün imkan yaradacaq ki, bu da ölkədə dərman bolluğunun yaranmasına, keyfiyyətinin yüksəlməsinə və qiymətlərin optimallaşdırılmasına imkan verəcək.