Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabahın havası - Yağış, 39 dərəcə isti



Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir.

 Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq.

 

Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də