Azərbaycan ilə Albaniya arasında əlaqələr daha da möhkəmlənib.
Bunu Bakıda rəsmi səfərdə olan Albaniya Prezidenti Bayram Beqay tviter hesabında yazıb.
“Səmimi qəbula görə hörmətli dostum Prezident Əliyevə təşəkkür edirəm! Albaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz bir ildə ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənib”, - paylaşımda deyilir.