Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qarabağ” irəlilədi, “Neftçi” 10 pillə gerilədi

“Qarabağ” irəlilədi, “Neftçi” 10 pillə gerilədi


Avropanın futbol klublarının yeni reytinq cədvəli açıqlanıb.

Siyahıda 415 klub yer alıb.

 Reytinq cədvəlində Azərbaycanın 4 klubu qərarlaşıb. Yalnız “Qarabağ” klubu “Top-100”də yer alıb. Azərbaycan çempionu 192 xalla qitənin 74-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə yeddi pillə irəliləyiblər.

 

Hesabında 37 xal olan “Neftçi” 10 pillə geriləyib. Belə ki, Bakı təmsilçisi 228-cidir.

 

Bundan əlavə, Avrokuboklarda debüt edəcək “Sabah” 20 xalla 255-ci sırada yer alıb. “Qəbələ” isə 5 xalla 357-cidir. Azərbaycan kubokunun qalibi 6 pillə irəliləyib.

 

Qeyd edək ki, siyahıya 2147 xala malik olan “Real” başçılıq edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də