Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Ronen Levi Maoz ilə görüşüb.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyinin tvitter hesabında məlumat paylaşılıb.
Bildirilib ki, tərəflər İsraillə Azərbaycan arasında bir çox ikitərəfli məsələləri və əməkdaşlığı müzakirə ediblər.