Avstriya parlamenti avtoxuliqanlığa qarşı sərt tədbirlərin görülməsinə qərar verib.
Yeni qanun layihəsinə əsasən, sürət həddini ötən sürücülər üçpilləli sistem üzrə cəzalandırılacaq.
Belə ki, yaşayış ərazilərində sürəti icazə verilən yüksək həddən əlavə 60 km/saatadək, yaşayış yerlərindən kənar yollarda 70 km/saatadək aşan sürücülərin avtomobilləri müəyyən müddətə cəza meydançasında saxlanılacaq.
Bundan əlavə, sürət həddini müvafiq olaraq 80 km/saat və 90 km/saatadək aşanlar üçün qanunvericilik nəqliyyat vasitələrinin müsadirə edilməsini nəzərdə tutur.
Məlumata görə, müsadirə olunan nəqliyyat vasitələri hərracda satışa çıxarılacaq. Əldə edilmiş vəsaitin 70 faizi Nəqliyyat Təhlükəsizliyi Fonduna, 30 faizi isə hadisənin baş verdiyi bələdiyyəyə yönəldiləcək.