Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin eks-sevgilisi olduğunu iddia edən Kemal Mustafa "Təsir dairəsi" verilişinə çıxaraq kömək istəyib.
Kemal Xatirə ilə evlənmək niyyəti olduğunu deyib. O bildirib ki, ifaçının qızına dəyərli hədiyyələr, qızıllar alıb:
"Xatirə ilə feysbukda tanış oldum. Anam da bilirdi münasibətimizi, ailəm Bakıya gəlməyimə yardım etdi. Xatirənin anası dedi ki, ev al, sonra Cavanşir Məmmədova deyək ki, evlənmək istəyirsən. Bir miras mövzumuz var idi, miras bölündü. İlkin ödəniş edib ev aldım. Ayda kredit ödəyirdim. Türkiyədə agentliyim var idi. Dedim ki, Xatirə, əgər evlənəcəyiksə, satım gəlim. Dedi, sat. Satdım, gəldim Bakıya. Xatirəyə dedim ki, evlənək. Hər dəfə bəhanə gətirib uzadırdı. Xanımına da, Xatirəyə də dedim ki, utanıram, evə girib-çıxıram, evlənək".
C.Məmmədov Mustafanın ondan külli miqdarda pul aldığını söyləyib. Mustafa isə pulları özünün yox, Xatirənin aldığını iddia edib.
Mustafa Xatirəyə aldığı qızılların fotolarını da göstərib. Aparıcı Lalə Azərtaş qızılların həqiqətən də Xatirəyə alındığını sübut edən fotoların olduğunu bildirib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. O isə verilişə gələrək "dələduz" kəliməsinin üstündən götürülməsini istəyib.