Ümumdünya Qızıl Şurası bildirib ki, dünya mərkəzi bankları, ilkin məlumatlara görə, 2023-cü ilin may ayında valyuta ehtiyatlarından 27,4 ton qızıl satıb.
May ayında 63 ton qızıl satan Türkiyə Mərkəzi Bankı ən çox qızıl satan ölkə olaraq qalıb.
Mart ayından etibarən ölkənin Mərkəzi Bankı 160 tona yaxın satıb ki, bu da bankın əvvəlki 12 ayda alışına bərabərdir.
May ayında qızıl satan digər ölkələr Özbəkistan (11 ton), Qazaxıstan (2 ton) və Almaniya (2 ton) olub.