Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Rusiya Zaporojye atom elektrik stansiyasına zərbə endirərsə, Polşa da buna uyğun reaksiya verəcək.
Bu barədə BBC məlumat yayıb.
“Bu, tamamilə yeni, tamamilə yeni bir vəziyyət olacaq. Ona görə də biz adekvat cavab verəcəyik”, - deyə Rau bildirib.
Polşanın xarici işlər naziri qeyd edib ki, “bu növ silahdan istifadə və ya bu cür şantaja əl atmaq Ukraynada quruda tamamilə yeni vəziyyət yaradacaq, lakin bu, NATO ərazisinin əhəmiyyətli hissəsinə də təsir edəcək.
Beləliklə, adekvat cavab tələb olunacaq. Və bunun nə olacağını dəqiq deməyimi gözləməyin”.