Zərdab rayonu Alıcanlı kənd sakini şəhid atası Əsədov Ataxan Əsəd oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb.
Kanal32.az xəbər verir ki,həmin müraciətdə deyilir:
“Mənim oğlum Sərdar Əhədov 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.Mən buna görə fəxr edirəm qürur duyuram.Torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanunu sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab rayon icra başçısı Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar.Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər.Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov və onun müavini Pərvin Mahmudova verib.
Hansı ki, həmin torpaq sahəsini qanunu qaydada bələdiyyədən müqavilə ilə 25 illik icarəyə götürmüşəm.Əlimdə reyestr çıxarışı və icarə müqaviləsi var. Mən bu barədə iki dəfə Mərdan Camalzadənin qəbulunda oldum.Sonucu dəfə o mənim üstümə şığıyıb “məni bezdirmisən mən torpaq işinə baxmıram qışqırıb məni vurmaq istədi”.Orada olan insanlar müdaxilə etməsəydi icra başçısı məni vuracaqdı.Azğınlaşmış Mərdan Camalov Zərdab rayonuna icra başçısı təyin ediləndən əhaliyə zülm edir.
Qeyd edim ki, Zərdab rayon Alıcanlı bələdiyyəsinin sədri iclas protokollarında bələdiyyə üzvülərinin yerinə özü saxta imzalar edir.Hansı ki, 7 nəfər bələdiyyə üzvünün hamısı rayondan kənarda yaşayırlar həmin yerdədə işləyirlər.Bələdiyyə sədrinin baldızı müavinidi, qaynı isə mühasibdir.Bələdiyyəni ailə pdratına çeviriblər.
Kənddə 400 hektardan çox torpaq sahələri müxtəlif vətəndaşlara icarəyə verilib ancaq bir mənə verilmiş torpaq sahəsi əlimdən qanunsuz olaraq alındı.Bu isə şəhid ruhuna təhqqir, şəhid ailəsinə isə hörmətsizlikdir.
Mərdan Camalzadə Şirvan şəhərindən Zərdaba gələndə bütün şirvanlılar sevindilər qurbanlar kəsildi.Həttda Şirvan şəhərində “DOST” İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartları Mərdan Camalzadənin seyfindən çıxması xəbərini mətbuatda oxuyanda mən çox narahat oldum ki, bu yaramaz Zərdabı da viran günə qoyacaq.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm şəhid atasını təhqqir edib qanunu qaydada icarəyə götürdüyü torpaq sahəsini əlindən alan icra başçısı Mərdan Camalzadənin barəsində ciddi tədbirlər görəsiniz və mənə torpaq ayrılmasına köməklik göstərəsiniz”.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…
Mənbə:Dia.az