"Çin sədri Si Tsinpinin guya Putini Ukraynada nüvə silahından istifadə etməmək barədə şəxsən xəbərdar etdiyinə dair iddialar uydurmadır".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya taxıl müqaviləsi ilə bağlı qərarını vaxtında açıqlayacaq. Rusiya Federasiyasının ixracı ilə bağlı taxıl sövdələşməsinə dair razılaşmaların bir hissəsinin yerinə yetirilməsi üçün hələ vaxt var. Putin və Mişustin görüşdə kadr qərarlarını müzakirə etməyib. Prezident və Baş nazir hər gün əlaqə saxlayır, daha çox belə təmaslar telefonla olur. İyulun 5-də Putin mədəniyyət naziri ilə görüşəcək. Zaporojye AES ətrafında vəziyyət kifayət qədər gərgindir, təxribat təhlükəsi böyükdür", - o qeyd edib.