Bəli biz Avropaya tərəf istiqamət almışıq.Amma Avropanın mənfi həyatı istiqamətinə. Hansı tanınmış sənət adamın danışdırırsan deyir Avropa mədəniyyəti ilə ayaqlaşırıq. Şəxsən mən Avropalının bəzilırində bir mədəniyyət görmürəm. Əgər onun özünü əhatə edəcək mədəniyyəti yoxdusa, biz onun hansı mədəniyyətin dən faydalana bilərik. Avropalı həyatına çatmaq üçün isə bizə əsrlər lazımdı. Biz müstəqilik, azadıq həmdə müsəlmanıq. Bizimlə özümüzə dinimizə, irsimizə uyğun adət ənənəmizə var. Amma buna da imkan vermirlər. Beləki Avropa əxlaqsızlığını bizə özümüzün əlimizlə sırıyırlar.Baxaq efrimizdəki proqram aparıcılarmıza. Zaur Baxşəliyev, Zaur Kamal, Xoşqədəm Hidayətqızı, Roza Zərgərli, Tarix Əliyev(TOLİK) Zümrüd, Rövşanə və s. Adam bunların efir üçün təsadüfü adam olduğunu tam anlayır. Amma nədənsə Teleyayım Şurası onların efir üçün təsadüf olduqlarını bilə bilə heç bir tədbir görmür və ya görə bilmir.Mətanət efirdə şpakat açır.Roza arxasın oynadır, Zümrüd efirə uyğun olmayan davranışlar edir. Zaur Kamal efirdən iştirakçı qovur. Zaur Baxşəliyev ailə uşağını reklam edir.Nə bilim hansın deyəsən. Hamsıda yalançı efir görüntüləri təki pul olsun. Əvvəllər belə olmazdı senzura deyilən bir yoxlama var idi efirə, mətbuata nəzarət edərdi, efirlərdə mədəni proqramlar yayımlanardı. İndi Xoşqədəm açıq aşkar Doğuşla yataq səhnəsindən başqa həyatda nə yaşayır onu efirə çıxardır.Əvvəllər dövlətin çəkliş üçün meydançaları var idi çəkilişlər dövlət nəzarətində həmin məkanlarda aparılırdı.İndi evlərdə aparılır bu da teleyayım şurasının fəaliyyətsizliyindən irəli gəlir.Bir məqam toxunmaq istəyirəm ki, görəsən İstər dövlət qanunlarının istərsədə KİV haqqında qanunun hansı bəndində istər Zaur Baxşəliyev istər Xoşqədəm Hidayətqızına, istərsədə digər aparıcılara icazə verir ki, onsuzda ağır durumda yaşayan insanların hissiyatı ilə oynayıb özləri və onlara havadarlıq edənlərdən üçün pul yığsınlar. Neçə dəfələrlə olub ki, həmin proqramlara müraciət edənlər sonradan istər Xoşqədəm istərsədə Zaur Baxşəliyev tərəfindən aldanıldıqlarını deyiblər. Nəticə nə olub heç nə. Teleyayım şurası və ya digər qrumlar heç bir tədbir görmüblər. Yalandan 3 saatlıq həmin proqramın yayımı dayandırılıb vəssalam. Bəs Teleyayım şurası hara baxır ki, bir çox efirlərimizdə fahişəliy və ya ona bənzər təbliğatlar aparanları görmızdən gəlir. Niyə görmür, görür, yəqin tədbir görə bilmir.Bizə Avropanın harda zibilliyə atılmış əməlləri var onu sırıyırlar, bizdə bundan bəh- bəhlə zövq alırıq.Bizim müsəlman adət ənənələrimizin pozulub ayaqlar altına atılmasına səbəbkarlar efirlərimizdə yayılan bəzi verlişlərlə mobil telefondur. ALLAH millətimizi bəzi əxlaqsızlardan betər olub milləti uçuruma aparanlardan və onlara havadarlıq edənlərdən saxlasın. AMİN.
Mövzuya qayıdacağıq.
MEHMAN MƏMMƏDOĞLU