Ölkə
Qoşulmama Hərəkatına (QH) yüksək effektli sədrliyinə görə Azərbaycana təşəkkür edirik.
Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında çıxışında Özbəkistan XİN rəhbəri Baxtiyor Saidov deyib.
“Eyni zamanda Azərbaycanı təbrik edirik. Bu gün ölkəniz vacib beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib və bu, təqdirə layiqdir. Təşkilatın gücləndirilməsində Azərbaycanın rolunu yüksəkdir. Bu gün qlobal ictimaiyyət böhranla üzləşir. Eyni zamanda qlobal təsirlər ərzaq və enerji təhlükəsizliyinə təhdidlər törədir. Bu da regionlara təsir edir. Buna baxmayaraq, Qoşulmama Hərəkatı üzvləri prioritet sahələrdə əməkdaşlığını gücləndirir”,- nazir vurğulayıb.
Qeyd edək ki, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir.