Vətən müharibəsində iştirak etmiş Süleymanov Kamal Ceyhun oğlu itkin düşüb.
RegionTV.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Ailə üzvlərinin bildirdiyinə görə əsgər dekabrın 31-i ailənin digər üzvləri ilə danışaraq evə gəlib, anasına sürpriz edəcəyini bildirib. Buna görə ailəsi onu qarşılamağa getməyiblər. Əsgərin tərxis olunduğu deyilir.
Qeyd edilir ki, ailə bir neçə gün öncə oğlunun itkin düşməsi ilə bağlı Abşeron rayon Polis Şöbəsinə müraciət edib.
Xəbəri paylaş