Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.
Hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Cəfərov Sahib rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Cəfərov Sahib ürəktutmasından dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.