
NATO-nun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bildirib ki, Ukrayna hazırkı əks-hücum əməliyyatı bitənə qədər F-16 qırıcılarını qəbul etməyəcək.
Bauer bu haqda LBC radiosuna açıqlama verib.
"Qırıcı təyyarə müzakirəsi vacibdir, lakin bu əks-hücum üçün qısa müddətdə həll edilməyəcək".
Onun sözlərinə görə, yaxın gələcəkdə pilot və texniki kadrların hazırlanması, eləcə də təyyarələri lazımi vəziyyətdə saxlamaq üçün “logistika təşkilatı”nın təmin edilməsi mümkün olmayacaq.