
Çin Avropalı diplomata yox dedi.
Reuters agentliyi Aİ-nin xarici siyasət sözçüsü Nabila Massrali-nin yazılı açıqlamasına istinadən xəbər verir ki, Çin Aİ-nin xarici siyasət komissarı Josep Borrell-in planlaşdırdığı səfərini təxirə salıb.
“Təəssüf ki, çinli həmkarlarımız bizə bildirdilər ki, gələn həftə planlaşdırılansəfər artıq mümkün deyil”, - sənəddə deyilir.
Massralinin sözlərinə görə, Aİ indi "alternativ vaxt tapmalıdır".