"Araikin kabineti mənimdir" — Hafiz Hacıyevdən ŞOK ÇAĞIRIŞ
Tarix: 7-01-2021, 20:41 Xəbərə baxış: 160
Ermənilər bizim pasportumuzu, vətəndaşlığımızı qəbul etsə, Xankəndində yaşaya bilərlər. Necə ki keçmiş erməni müdafiə nazirinin bacısı Kürdəmirdə yaşayır. Ali Baş Komandan da söyləyib ki, onlar Azərbaycan vətəndaşlarıdır.
RegionTv.info xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reaksiya TV -yə açıqlamasında bildirib. Onun sözlərinə görə, ermənilərlə danışıqlara getməliyik, rusların onları aldatdığını bildirməliyik.
MMP sədri qeyd edib ki, Qarabağdakı qondarma rejimin rəhbəri Araik Aryuntunyanın kabineti onundur. H.Hacıyev deyib ki, Xankəndinin meri olmağa hazırdır:
“Ruslar onları yığıb gətirirlər. Sabah ermənilər Qarabağda 100 min olsa, necə olacaq? Sözsüz ki, ilanın başını elə əzmişik, yenə əzərik”.
H.Hacıyev bildirib ki, Dağlıq Qarabağda birgəyaşayışı ermənilərə izah etmək lazımdır: “Onlar yiyəsiz qalıblar. Erməniləri başa salmaq lazımdır.
Mən gedib Xankəndində mer olmaq istəyirəm, cənab prezident fərmanımı versin, gedib oturum orada..Onları da başa salacam”.