Dağıstanda Kaspiysk şəhərinin sakini qıza "çox ədəbsiz paltar"a görə hücum edib.
Hadisə barədə Baza teleqram kanalı məlumat yayıb.
Görüntülərdə kişinin maşınla qıza yaxınlaşdığı görünür. O, maşından düşüb geyiminə görə onunla kobud danışıb. Hadisə şahidlərinin sözlərinə görə, qız da ona eyni tərzdə cavab verib.
Hadisədən sonra qız həkimə üz tutub. Həmçinin, o, polisə müraciət edib.