Hörmətli izləyicilər!
Elçin Rzayev İmişli rayonua icra başçısı təyin olunmağı, hazırda həbsdə olan, sabiq icra başçısı Vilyam Hacıyevin azadlığa çıxmasına dua edənlərin sayını günü-gündən artırır. Elçin Rzayev İmişliyə ilk gəldiyi gündən onun İmişli rayonundan əvvəl icra başçısının birinci müavini olduğu Bakı şəhər Yasamal rayonundan gələn sorağı da heç ürək açan deyildi. Hətta onun ayamasının "TOZ SOVURAN" olduğunu deyənlərdə var idı. Amma onun icra başçısı dönəmində insafən rayon mərkızində satmağa boş torpaq sahəsi olmadığı üçün rayonda əlaltıları vasitəsilə başqa qazanc yerlərinə əl atmağa başladı. Köməkçisi kimi istifadə etdiyi qardaşı (Qanunla köməkçisi Vəliyev Vüqar Telman oğludu) Şamil Rzayevlə əl ələ verərək əlaltılarının köməyliyilə bilavasitə İmişli Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Ceyhun Süleymanovun xidmətindən istifadə edərək rayonda abadlıq adı altında min oyundan çıxırlar. Mən bir qədər öncədən bu mövzuya toxunmuşdum Şəhid Nəcməddin Savalanov adına olan küçədəki şam ağaclarını məhv edərək, yerinə insan həyatı üçün təhlükə mənbəyi olan "STİR KAFİR" adlanan gül kolların əkdilər. Deyilənə görə bu gül kollarıda insan həyatı üçün real təhlükə mənbəyidir. Şəhidin adına olan sözü gedən küçə 1 saylı orta məktəbin önündən keçməklə bir neçə iaşə, məişət və ticarət mərkəzlərinin önündən keçir.
Demək sözü gedən küçə insanların çox hərəkət etdikləri küçə olduğu üçün bu küçəyə daha həssaslıqla yanaşılmalı idi. Amma Elçin Rzayev bunun əksinə bir addım atdı, yəni insanları xüsusilə məktəbliləri ölümlə üz-üzə qoymaqdan belə çəkinmədi. Məmim üçün bir məqam maraqlıdı. Görəsən, Elçinin köməkçi qismində qardaşının xidmətindən faydalanmasından cənab Prezidentimiz İlham Əliyevin, Prezident Aparatının rəhbəri Samir Nuruyevin xəbəri yoxdu, olmamış olmaz, nədənsə susmağa üstünlük verirlər. Bəlkə də susmağa Kərəm Həsənov tərəfindən məcbur edilirlər. Axı bizlərə Elçin Rzayev Kərəm Həsənovun adamı olduğu deyilirdi. Heç demə, Elçin Rzayev özü-özünə yatmazdan öncə hesabat verir ki, mən İmişliyə icra başçısı təyin olunandan, bu günə qədər möhtərəm prezidentin etimadın necə doğlultmuş və İmişli üçün nə etmişəm. O, nə özü-özünə hesabat verməyib, nə də ki onun fəaliyyətilə heç deyəsən maraqlananda yoxdu. Bundan başqa şəhid N.Savalanov adına küçədən çıxarılan şam ağaclarının son aqibətindən də heç kimin xəbəri yoxdur. Bəs onların son aqibəti necə oldu? Bundan başqa İmişli rayonunun mərkəzi küçələrində saysız hesabsız şam ağaclarının qurumasına səbəb nədi? İmişldə "20 yanvar" küçəsindəki ağacların quruyub məhv olunmasına niyə biganə yanaşılır? İmişli mərkızi küçələrində qalaq qalaq zibilləri kim götürməlidi? İmişli rayon Kammunal Təsərrüfatı İstehsalat Birliyində neçə fəhlə, neçə sahə rəisi var. Bütün bunlara aydınlığ gətirməyə çalışacağıq.
MEHMAN MƏMMƏDOĞLU