İyulun 2-nə keçən gecə naməlum şəxslər Belarusun Haaqadakı diplomatik nümayəndəliyinə hücum ediblər.
Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, vandallar bir neçə pəncərəni sındıraraq binanın divarlarını qraffiti, qara və qırmızı boya ilə rəngləyiblər. İndi işçilər binanın tanış görkəmini bərpa etməklə məşğuldurlar.