Amerikalı alimlər iddia edirlər ki, yaşıllıqlar arasında yaşayan insanlar həyatlarında yaşıllıq çatışmazlığı olanlardan orta hesabla 2,5 il daha çox yaşayırlar.
Bu barədə "Science Advances" jurnalı məlumat yayıb.
ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri 1986-2006-cı illərdə araşdırma aparıblar. Tədqiqata cəlb olunanların bioloji qocalma dərəcəsini müəyyən etmək üçün qan testləri götürülüb. Sonra təhlillərin nəticələri tədqiqat iştirakçılarının daimi yaşayış yerləri, onların pis vərdişləri, həyat tərzi və maddi gəlir səviyyəsinə dair məlumatlar ilə müqayisə edilib.
Araşdırma göstərib ki, yaşıllıqlar arasında yaşayan insanlar digərlərinə nisbətən bioloji cəhətdən 2,5 il cavandırlar.