Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 01-i axşamadək davam edib. İyulun 02-də gecə və səhər əsasən yağmursuz keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qobustanda 10 mm-dək, Astarada 8 mm-dək, Qrızda 6 mm-dək, Lerik, Ağdam, Sabirabad, Cəfərxan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Quba, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Neftçala, Lənkəran, Biləsuvarda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Qeyd olunub ki, Qrız, Şahdağ, Biləsuvar, Salyan, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturuna gəlincə, iyulun 01-də Bakıda iqlim normasından 2 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək isti, Naxçıvan MR-da 35 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti, aran rayonlarında 31 dərəcəyədək isti olub.