"Nazir olmazdan əvvəl nazirliyin nə olduğunu bilmirdim".
Bunu gənclər və idman naziri Fərid Qayıbov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda birlikdə çalışdığı gənclər çox aktivdirlər və hər dəfə yeni nələrsə kəşf edirlər.
"Artıq siz gənclər dövlət qurumlarının necə işlədiyini başa düşürsünüz", - nazir vurğulayıb.