Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan fasilə tam bərpa edilib.
Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Mingəçevirdə iyunun 30-da güclü külək səbəbindən irigövdəli ağac elektrik xəttinin üzərinə aşıb. Nəticədə iki küçəni elektrik enerjisi ilə təmin edən xətt qırılıb.