Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz vəfat edib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, o, Türkiyədə tətildə olarkən dünyasını dəyişib. Dənizdə üzən zaman diplomat huşunu itirib.
Fethiye Dövlət Xəstəxanasında edilən müdaxiləyə baxmayaraq diplomatın həyatını xilas etmək mümkün olmayıb.
Karügözün ürək tutmasından vəfat etdiyi bildirilir.