Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əhalinin diqqətinə! Sabah səhər saatlarından etibarən...




Sabah Bakıda 20 Yanvar dairəsi istiqamətindəki tunel bağlanacaq Sabah Bakıda 20 Yanvar dairəsi istiqamətindəki tunel bağlanacaq Sabah, iyulun 1-də saat 09:30-dan 15:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız 20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də