
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib. Bu barədə FHN-dən bildirilib. Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.