"Azərişıq" ASC Laçın şəhərində məskunlaşan vətəndaşları fasiləsiz elektrik enerjisi ilə təmin edir.
Laçının mərkəzində yerləşən evlər, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində olan bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur.
Ümumilikdə rayon mərkəzi ilə yanaşı ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Minkənd, "6-cı rayon" adlanan ərazi və Ağbulaq istiqamətində 40 km uzunluğunda yeni elektrik xəttinin çəkilişi işləri davam etdirilir. Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində xətlər çəkilib.